Dünya bazarında neftin qiyməti cüzi bahalaşıb.
Len.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, buna İranın uran müstəqil şəkildə zənginləşdirmək qərarına gəlməsi barədə informasiya səbəb olub.
Nyu-Yorkdakı “NYMEX” birjasında WTI markalı neft 0,70 dollar bahalaşaraq 69,50 dollara çatıb. Londondakı “ICE” birjasında isə Brent markalı neftin qiyməti 0,52 dollar qalxaraq 70,11 dollar təşkil edib.