Müğənni Kərim Murad Bozla duet oxuyacaq 16:27 09-02-2010
İfaçı Azərbaycan şou-biznesindən bezdiyini açıqlayıb
Müğənni Kərim Rusiya səfərindən qayıdıb. Sənətçi Lent.az-a açıqlamasında artıq Azərbaycan şou-biznesində fəaliyyət göstərməyəcəyini deyib: “Vətənimi çox sevirəm. Amma inanın ki, indi elə bil qulağım dincəlib. Söz-söhbətdən, qalmaqaldan uzaq gəzməklə elə bil dincəldim”.
Müğənni bundan sonrakı fəaliyyətini xaricdə davam etdirəcəyini xəbər verib: “Yeni albomumu Türkiyədə çıxaracam. Mahnılarım ancaq duetlərdən ibarət olacaq. Burada Zərrin Özər, Murad Boz və hələlik adını açıqlamaq istəmədiyim müğənnilərlə duetim yer alacaq...”