Hindistanda səfərdə olan Türkiyə prezidenti Abdulla Gül gözləmədiyi bir sürprizlə qarşılaşıb.
Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, 15 ildir ki, Hindistanda yaşayan türk iş adamı Sercan Ünsal bir fil kirayələyib və üzərinə də “Hörmətli prezident, Hindistana xoş gəldiniz” sözləri yazılmış plakat asıb.
İş adamı kirayələdiyi fillə Türkiyə prezidentinin qaldığı otelin qarşısına gəlib. Hindistanda rəsmi görüşlərini davam etdirən Abdulla Gül oteldən çıxarkən fili görərək təəccüblənib və maşını saxlatdırıb.
Türkiyə prezidenti Sercan Ünsalla bir müddət söhbət edib. Sonradan jurnalistlərə açıqlama verən Sercan Ünsal deyib ki, bununla Türkiyə prezidentinə sevgisini ifadə etmək istəyib və türk iş adamlarını Hindistana sərmayə qoymağa çağırıb.