“Eurovision-2008” təmsilçimiz Elnur Hüseynov 24 martda “Face” klub restoranda “Bəri bax” qrupunun solistlərindən olan Diana Hacıyeva ilə birlikdə konsert verəcək.
“Face” klubun PR meneceri Eldar Hüseynzadənin Lent.az-a verdiyi məlumata görə, konsertin sürprizi Rusiyada məşhur olan rəqqas Nizam Əliyev və digər peşəkar rəqqaslar olacaq.
Həmin gün dünyaca məşhur rəqs layihəsi olan "Unidance"ın təqdimatı keçiriləcək.
Qeyd edək ki, "Unidance"ın artıq Bakıda da fəaliyyəti gözlənilir. 7 həftə ərzində "Unidance" mütəxəssisləri müxtəlif ölkələrdə rəqs dərsləri keçəcək.
Hər həftə sonu “Face” klubda hesabat nümayişləri olacaq. Ən yaxşı nəticə göstərən iştirakçılar pul mükafatı alacaqlar.