Atəşkəs bir neçə istiqamətdən pozulub 10:14 16-06-2010
Cəbhə xəttində atəşkəs rejimi yenidən pozulub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, düşmən bölmələri iyunun 15-də saat 09.00-dan 09.25-dək və 11.30-dan 11.35-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 20.20-dən 20.30-dək Ağdam rayonunun Cəvahirli kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 21.20-dən 21.25-dək isə Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.
Düşmən bütün hallarda cavab atəşi ilə susdurulub. İtki yoxdur.