Zəlimxan Yaqubla vida mərasimi keçirilir
11 yanvar 2016 13:15 (UTC +04:00)

Zəlimxan Yaqubla vida mərasimi keçirilir

 

 

Xalq şairi Zəlimxan Yaqubla vida mərasimi başlayıb.

 

APA-nın xəbərinə görə, “Təzəpir” məscidində keçirilən vida mərasimində dövlət və hökumət nümayəndələri, millət vəkilləri, ziyalılar, mərhumun yaxınları iştirak edir.

 

Zəlimxan Yaqub yanvarın 9-da dünyasını dəyişib. Xalq şairi uzun müddətdir böyrək çatışmazlığından əziyyət çəkib.

 

Mərhum bu gün Birinci Fəxri Xiyabanda dəfn olunacaq.

 

Qeyd edək ki, Zəlimxan Yaqub 1950-ci il yanvarın 21-də Bolnisi rayonunun Kəpənəkçi kəndində dünyaya gəlib.

 

1967-ci ildə doğulduğu kənddə orta məktəbi, 1972-ci ildə isə Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirib.

 

1973-cü ildən 1978-ci ilə qədər "Azərkitab" sistemində, "Kitab pasajı" adlı kitab dükanında satıcı, baş satıcı, şöbə müdiri, 1975-ci ildən 1985-ci ilə qədər Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətində təbliğat şöbəsində redaktor, şöbə müdiri, 1987-ci ildən 1994-cü ilə qədər "Yazıçı" nəşriyyatında poeziya şöbəsində redaktor, şöbə müdiri vəzifələrində çalışıb.

 

1995-2005-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olub.

 

İlk şeiri 1966-cı il oktyabrın 4-də, Gürcüstan SSR Bolnisi rayon qəzeti "Qələbə bayrağı"nda dərc edilib.

 

1983-cü ildən AYB-nın üzvüdür. 2008-ci il avqust ayının 29-da Azərbaycan aşıqlarının V qurultayında Azərbaycan Aşıqlar Birliyinin sədri seçilib. 1994-cü ildən Azərbaycan Respublika Prezidenti yanında Əfv Komissiyasının üzvü olub.

# 259
avatar

Oxşar yazılar