Kartof oğurlayan 5 nəfər tutuldu
11 yanvar 2016 13:42 (UTC +04:00)

Kartof oğurlayan 5 nəfər tutuldu

Masallıda kartof oğurlayan 5 nəfər tutulub. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, yanvarın 8-də Masallı dəmir yolu stansiyasında yük vaqonundan Cəlilabad rayon sakini Müseyib Ağayevə məxsus 2727 kiloqram kartof oğurlanıb.

 

Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş rayon sakinləri Samir Abbasov, Nicat Əkbərov, Yaşar Rüstəmov, Mirmərdan Cəfərov və qardaşı Mirsaleh saxlanılıb.

# 208
avatar

Oxşar yazılar