“Xəyal Adası”ndan oğurluq edənlər yaxalandı
11 yanvar 2016 13:44 (UTC +04:00)

“Xəyal Adası”ndan oğurluq edənlər yaxalandı

Ötən il noyabrın 19-da “Xəyal Adası” MMC-dən yüksək gərginlikli elektrik kabelini oğurlamış şəxslər tutulub. Lent.az-ın Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsi əməkdaşlarının həyata keçirdikləri müvafiq tədbirlərlə ötən il noyabrın 19-da Suraxanı rayonunda yerləşən “Xəyal Adası” MMC-dən dəyəri 11303 manat olan 256 metr yüksək gərginlikli elektrik kabelini oğurlamış Bakı şəhər sakini Elçin Mustafazadə və Lənkəran şəhər sakini Samid Hacıyev tutulublar.

 

Araşdırma aparılır.

# 105
avatar

Oxşar yazılar