Futbolçuları aparan avtobus qəzaya düşdü: <span style="color:red;">20 ölü
11 yanvar 2016 14:47 (UTC +04:00)

Futbolçuları aparan avtobus qəzaya düşdü: 20 ölü

Meksika futbolunda bədbəxt hadisə yaşanıb. Apasport.az saytı xəbər verir ki, ölkənin cənubunda adı açıqlanmayan həvəskar futbol komandasının oyunçularını və azarkeşlərini aparan avtobus körpüdən aşıb.

 

Qəzaya sürücünün avtobusu yüksək sürətlə idarə etməsi səbəb olub. İdarəetməni itirən sürücü avtobusun körpüdən aşmasına əngəl ola bilməyib.

 

Hadisə nəticəsində 20 nəfər dünyasını dəyişib. Daha 25 nəfər isə xəsarət alıb.

 

Meksika prezidenti Enrike Penya Nieto “Twitter”də paylaşdığı açıqlamada hadisədən məyus olduğunu dilə gətirib və vəfat edənlərin yaxınlarına başsağlığı verib.  

# 204
avatar

Oxşar yazılar