Bakıda törədilmiş dəhşətli qətllə bağlı <span style="color:red;">birgə məlumat
11 yanvar 2016 16:29 (UTC +04:00)

Bakıda törədilmiş dəhşətli qətllə bağlı birgə məlumat

 

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu Sabunçu rayonunda törədilmiş qətllə bağlı məlumat yayıb. Prokurorluqdan Lent.az-a daxil olan məlumatda bildirilir ki, paytaxtın hüquq mühafizə orqanları həyata keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Sabunçu rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş daha bir qətlin üstünü “isti izlər”lə açıb.

 

Belə ki, yanvarın 10-da Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yaşamış 1965-ci il təvəllüdlü Sevil Rzayevanın üzərində zorakılıq əlaməti olan meyitinin yaşadığı evdə aşkar edilməsi ilə bağlı daxil olmuş məlumat əsasında rayon prokurorluğu və Polis İdarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə məhkəmə-tibb ekspertinin iştirakı ilə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Fakta görə həmin tarixdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq müvafiq ekspertizalar təyin edilib. Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən mərhumənin keçmiş əri Rüstəm Rzayev və tanışı  Elşad Həsənov tutularaq istintaqa cəlb ediliblər.

 

Aparılmış istintaqla Rüstəm Rzayevin keçmiş arvadı Sevil Rzayevanı öldürtmək məqsədi ilə tanışı Elşad Həsənovla 2000 manat müqabilində qabaqcadan razılaşaraq sonuncunun yanvarın 10-da Sevil Rzayevanın yaşadığı evə daxil olub özü ilə götürdüyü küt alətlə mərhumənin baş nahiyəsinə zərbə endirməklə onu qəsdən öldürməsində əsaslı şübhələr olduğundan Elşad Həsənov və Rüstəm Rzayevin əməli Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə) maddəsinə tövsif edilib.

 

 

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

 

# 130
avatar

Oxşar yazılar