Bakı-Quba yolunda baş vermiş ağır yol qəzasında ölən və xəsarət alanların kimliyi müəyyənləşib. Lent.az-ın məlumatına görə, Sumqayıt şəhəri yaxınlığında, magistralın 42-ci kilometrliyində 1992-ci il təvəllüdlü Həsənova Fəridə Rövşən qızının sürdüyü "KİA Sorento" markalı cipin aşması nəticəsində sürücü ilə yanaşı onun nənəsi, 1951-ci il təvəllüdlü Hacıyeva Minayə Aslan qızı və anası, 1972-ci il təvəllüdlü Həsənova Sədaqət Camal qızı ağır xəsarətlər alıb. Həkimlərin səyinə baxmayaraq M.Hacıyeva vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
*****
17 yanvar
Bu gecə Bakı-Quba yolunda ağır avtomobil qəzası baş verib. Lent.az-ın məlumatına görə, magistralın 42-ci kilometrliyində qadın sürücünün idarə etdiyi "KİA Sorento" markalı cip yoldan çıxaraq aşıb. Nəticədə avtomobildə olan sərnişinlərdən 64 yaşlı qadın vəfat edib. 23 və 42 yaşlı iki qadın isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.