Polisləri bıçaqlayan şəxslər məhkəməyə çıxarıldı - 3-ü də həbs edildi
04 fevral 2016 11:48 (UTC +04:00)

Polisləri bıçaqlayan şəxslər məhkəməyə çıxarıldı - 3-ü də həbs edildi

Bakıda polisləri bıçaqlayan şəxslər barəsində həbs-qətimkan tədbiri seçilib. Lent.az-ın məlumatına görə, fevralın 2-nə keçən gecə Sabunçu qəsəbəsi, Şəhər şosesində yerləşən "Emin" kafesində dava-dalaş salan və daha sonra onları polis bölməsinə dəvət edən polisləri bıçaqlayan Beyləqan rayon sakinləri - 1987-ci il təvəllüdlü Dəyanət Muradov, əvvəllər məhkum olunmuş, 1986-cı il təvəllüdlü İlham Məmmədov və Ağcabədi rayon sakini, 1986-cı il təvəllüdlü Fariz Məlikov barəsində məhkəmənin qərarı ilə 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Onlar Kürdəxanı təcridxanasına göndərilib.

 

Qeyd edək ki, məlum hadisə zamanı ictimai qaydanı kobud surətdə pozaraq xuliqanlıq edən şəxslər bıçaqla polis əməkdaşlarına hücüm edərək polis kapitanı Ağaəli Ələkbərliyə, polis serjantları Elnur Şərifova və Bəxtiyar Abbasova bədən xəsarətləri yetiriblər.

 

 

 

*****

 

2 fevral

 

Bakı şəhər Prokurorluğu və Baş Polis İdarəsi paytaxtda polislərin bıçaqlanması hadisəsi ilə bağlı məlumat yayıb. Lent.az-a daxil olan birgə məlumatda bildirilir ki, fevralın 2-də saat 01 radələrində Daxili İşlər Nazirliyinin "102" Xidmətinə paytaxtın Sabunçu rayonu ərazisində yerləşən "Emin" kafesində münaqişə olması barədə daxil olmuş məlumata əsasən dərhal hadisə yerinə Sabunçu rayon Polis İdarəsinin əməliyyat qrupu və həmin vaxt ərazidə xidmət aparan polis əməkdaşları gələrək kafedə bir qrup vətəndaşın sərxoş vəziyyətdə xuliqanlıq hərəkətlərinin qarşısını almağa çalışıblar. İctimai qaydanı kobud surətdə pozaraq xuliqanlıq edən şəxslərdən bir neçəsi bıçaqla polis əməkdaşlarına hücüm edərək polis kapitanı Ağaəli Ələkbərliyə, polis serjantları Elnur Şərifova və Bəxtiyar Abbasova bədən xəsarətləri yetiriblər.

 

Polis əməkdaşları tərəfindən görülmüş təxirəsalınmaz tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Beyləqan rayon sakinləri - 1987-ci il təvəllüdlü Dəyanət Muradov, əvvəllər məhkum olunmuş, 1986-cı il təvəllüdlü İlham Məmmədov və Ağcabədi rayon sakini, 1986-cı il təvəllüdlü Fariz Məlikov zərərsizləşdirilərək dərhal Polis Bölməsinə aparılıb, hadisə zamanı istifadə olunan bıçaq isə maddi sübut kimi qötürülüb.

 

Faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 221.2.1, 221.2.2, 221.3-cü (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə bir qrup şəxs tərəfindən xuliqanlıq) və 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanaraq, müvafiq ekspertizalar təyin edilib.

 

D.Muradov, İ.Məmmədov və F.Məlikov cinayəti törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

 

 

 

*****

 

15:46

 

Bakıda polislərin bıçaqlandığı kütləvi dava-dalaşla bağlı cinayət işi başlanılıb. Sabunçu rayon Polis İdarəsindən Lent.az-a bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə iş başlanılıb və araşdırma aparılır.

 

****

 

13:16

 

Bakının Sabunçu rayonundakı “Emin” kafesində bıçaqlanan polislərdən kapitan Ağaəli Ələkbərov Daxili İşlər Nazirliyinin (DİN) Təchizat İdarəsinin rəis müavini polkovnik Əkbər Ələkbərovun oğludur.

Lent.az-ın “Report”a istinadən məlumatına görə, A.Ələkbərov DİN-in hospitalına yerləşdirilib.

 

***

Bu gecə Sabunçuda polislə bir qrup şəxs arasında qarşıdurma olub. Lent.az-ın məlumatına görə, saat 02 radələrində Şəhər şosesində yerləşən “Emin” kafesində bir qrup şəxs arasında dava-dalaş olub. Hadisə yerinə dərhal əməliyyat qrupu göndərilib. Kafeyə gələn polis əməkdaşları məsələni aydınlaşdırmağa çalışarkən bıçaqlanıblar. Polis kapitanı Ağaəli Ələkbərov, baş resjant Elnur Şərifov və serjant Bəxtiyar Abbasov bədənlərinin müxtəlif nahiyələrindən daxilə nüfuz etməyən xəsarətlər alıblar.

 

Dava-dalaş salaraq xuliqanlıq edən, eləcə də polisə müqavimət göstərərək onları bıçaqlayan 1986-cıı il təvəllüdlü Məmmədov İlham Bəykişi oğlu, 1987-ci il təvəllüdlü Muradov Dəyanət Hüseyn oğlu və 1986-cı il təvəllüdlü Məlikov Ceyhun Fariz oğlu saxlanılıb.

 

Məlum olub ki, onların hamısı Beyləqan sakinidir və hadisə vaxtı sərxoş vəziyyətdə olub.

# 203
avatar

Nizam Rza

Oxşar yazılar