Türkiyədə PKK-çılar belə öldürüldü - KAMERA GÖRÜNTÜSÜ
06 fevral 2016 12:40 (UTC +04:00)

Türkiyədə PKK-çılar belə öldürüldü - KAMERA GÖRÜNTÜSÜ

 

Türkiyənin Şırnak vilayətinin Cizrə rayonunda polisi şəhid edən terrorçuların vurulma anı kameralara düşüb.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, ötən gün Cizrədə baş verən atışmada bir polis şəhid olub, 9 PKK terrorçusu məhv edilib.

 

Terrorçulardan üçünün vurulma anını kameralar anbaan qeydə alıb. Videodan görünür ki, axşam saatlarında beş terrorçu qaçmağa çalışır. PKK-çılardan üçü türk polisi tərəfindən öldürülür. Terrorçulardan biri irəli, biri isə geriyə qaçaraq canını qurtara bilir.

 

# 223
avatar

Oxşar yazılar