İlahiyyatçı Şəhidlər Xiyabanında it gəzdirənlərə etiraz etdi
06 fevral 2016 12:54 (UTC +04:00)

İlahiyyatçı Şəhidlər Xiyabanında it gəzdirənlərə etiraz etdi

“Bu gün cəmiyyətdə problemlərin həllini təhsildə, eləcə də fərqli müstəvidə görüb, fikirlərimizi söyləyirik. Amma bəzən gənclər vətən, millət adına elə bir hərəkətlər edirlər ki, istər-istəməz buna qəzəblənirsən”. Lent.az xəbər verir ki, bu fikirləri SpaceTV-də “İnam” verilişinin müəllifi və aparıcısı Seyid Camal Əzimbəyli bildirib. Verilişində “İslamda tərbiyə” mövzusuna toxunan müəllifin sözlərinə görə, Şəhidlər Xiyabanında bir gəncin etdikləri ağlasığmaz idi: “Cavan oğlan və qız bu müqəddəs məkanda it balası gəzdirirdilər. Vətən, millət yolunda şəhid olan insanların məkanına belə halda gəlmək hansı tərbiyə qaynaqlanır? Bu hərəkətin doğru olmadığını izah edəndə, o əməlində haqlı olduğunu sübut etməyə çalışır. Bizim dini kimliyimizlə yanaşı, milli kimliyimiz var. Bundan irəli gələrək belə halların qarşısını almalıyıq. Heç də bütün Azərbaycan gəncliyi deyil. Lakin belə istisnalar da mövcuddur”.

C.Əzimbəyli deyib ki, bəzən insanlar ani olaraq hərəkətlərinə diqqəti itirirlər: “Hərdən Elmlər Akademiyası metrosunda televiziyaya gəlincə, insanların necə öz ağız sularını tüpürə-tüpürə getdiyinin şahidi oluram. O insanlar başa düşmür ki, bu əxlaqa zidd əməldir”.  

İlahiyyatçı Hacı Şahin Həsənlinin sözlərinə görə, bu gün elə insanlar var ki, zahirdəki tərbiyəsi ilə daxildəki tərbiyəsi fərqlənir.  O qeyd edib ki, müqəddəs dəyərlər ehtiramla yanaşılmalıdır, şəhidlər bir xalqın mənəvi sərvətidir.

# 225
avatar

Oxşar yazılar