Yeyib-içdikdən sonra meşəyə aparıb öldürdülər <span style="color:red;">- DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI
07 fevral 2016 11:40 (UTC +04:00)

Yeyib-içdikdən sonra meşəyə aparıb öldürdülər - DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI

Abşeronda beş ay əvvəl qətl törədən şəxslər barəsində həbsqətimkan tədbiri seçilib.

 

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərindən APA-ya daxil olan birgə məlumatda qeyd olunur ki, polis və prokurorluq orqanları əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il Abşeron rayonunda qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü açılıb.

 

Belə ki, ötən il sentyabrın 7-də Abşeron rayonunun Xocəsən qəsəbəsində üzərində zorakılıq əlamətləri olan 25-30 yaşlı kişi meyiti aşkar edilib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

İstintaq-əməliyyat tədbirləri ilə qətlə yetirilənin Kürdəmir rayon sakini, 1982-ci il təvəllüdlü Xanlar Nadirov olması müəyyən edilib.

 

İstintaqla həmçinin müəyyən edilib ki, Lənkəran rayon sakini, 1995-ci il təvəllüdlü Vüsal Mirzəyev, Kürdəmir rayon sakini, 1987-ci il təvəllüdlü Vüsal Qədiyev və Lerik rayon sakini, 1982-cı il təvəllüdlü Nizami İsmayılov  Xanlar Nadirovla birlikdə ötən il sentyabrın 6-da saat 22 radələrində Sulutəpə dairəsi yaxınlığındakı kafeyə gedərək orada yeyib-içiblər. Yeyib-içdikdən sonra onların arasında mübahisə yaranıb və yuxarıda adları çəkilən şəxslər X. Nadirovu yaxınlıqdakı meşə massivinə apararaq orada onu qətlə yetiriblər.

 

Cinayətin Vüsal Mirzəyev, Vüsal Qədiyev və Nizami İsmayılov tərəfindən törədilməsində kifayət qədər əsaslı şübhələr yarandığından onlar tutularaq istintaqa  cəlb olunub və Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulan ittiham élan edilməklə  barələrində məhkəmənin qərararı ilə həbs qətimkan tədbiri seçilib.

 

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

 

xxxxx

 

6 fevral 13:22

 

Daxili İşlər Nazirliyi ötən il Abşeron rayonunda törədilmiş qətllə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, ötən il sentyabrın 7-də Abşeron rayonunun Xocəsən qəsəbəsində üzərində zorakılıq əlamətləri olan 25-30 yaşlı kişi  meyiti tapılıb.

 

Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən aparılmış tədbirlərlə qətlə yetirilənin Kürdəmir rayon sakini Xanlar Nadirov olması müəyyən edilib. Hadisəni törətməkdə şübhəli bilinən Lənkəran rayon sakini Vüsal Mirzəyev və Kürdəmir rayon sakini Vüsal Qədiyev tutulub, daha 1 nəfər isə müəyyən edilib.

 

Faktla bağlı əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

# 155
avatar

Oxşar yazılar