Bakıda “sosial şəbəkə fırıldağı” <span style="color:red;">– şantaj edib pul tələb etdilər
06 fevral 2016 13:25 (UTC +04:00)

Bakıda “sosial şəbəkə fırıldağı” – şantaj edib pul tələb etdilər

Bakıda quldurluq hadisəsi baş verib. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, fevralın 5-də Bakı şəhər sakini Fərid Şükürov polisə müraciət edərək yanvarın 17-də sosial şəbəkədə tanış olduğu bir qadınla əvvəlcədən razılaşdırdıqları yerdə görüşdüklərini bildirib. O qeyd edib ki, həmin yerdə tanımadığı 3 nəfər ona hədə-qorxu gələrək 240 manatını alıb və yenidən pul gətirməyəcəyi tədqirdə öldürəcəkləri ilə hədələyib. Fevralın 4-də isə daha 100 manat tələb ediblər.

 

Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətmiş Ağcabədi rayon sakinləri Zaur Əhmədov tutulub, digər 2 nəfər isə müəyyən edilib.

 

Əməliyyat-axtarış tədbirləri davam etdirilir.

# 183
avatar

Oxşar yazılar