Daxili İşlər Nazirliyi dünən Zabrat rayonunda baş vermiş yanğınla bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki fevralın 5-də Sabunçu rayonunun Zabrat qəsəbəsində yaşayan Zakir Vəliyevin evində yanğın baş verib. Yanğın söndürüldükdən sonra Z.Vəliyevin tüstüdən boğulmuş meyiti tapılıb.
Araşdırma aparılır.