Bakıda naməlum avtomobillər iki qadını vurub. Lent.az-ın məlumatına görə, fevralın 2-də saat 17 radələrində Xətai rayonunun M.Hadi küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Qızbəs Laçınova vurulub. Q.Laçınovaya fevralın 5-də xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Saat 20 radələrində isə Xətai rayonunun Naximov küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Rəsmiyyə Məmmədova vurulub.
Hər iki faktla bağlı Xətai RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.