İqtisadiyyat Nazirliyində yeni şura yaradılıb
06 fevral 2016 16:11 (UTC +04:00)

İqtisadiyyat Nazirliyində yeni şura yaradılıb

İqtisadiyyat Nazirliyində Apellyasiya Şurası yaradılıb. Lent.az xəbər verir ki, nazirlikdən report-a verilən məlumata görə, şura Azərbaycan Prezidentinin 3 fevral 2016-cı il tarixli “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” fərmanının icrası olaraq yaradılıb.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədovun rəhbərlik etdiyi və 7 nəfərdən ibarət Apellyasiya Şurasına nazirliyin strukturuna aid olan və tabeliyindəki qurumların məsul əməkdaşları daxil edilib.

# 120
avatar

Oxşar yazılar