Yeyib içib qonağı bıçaqladılar: Yevlaxdakı cinayətin TƏFƏRRÜATI
08 fevral 2016 13:56 (UTC +04:00)

Yeyib içib qonağı bıçaqladılar: Yevlaxdakı cinayətin TƏFƏRRÜATI

 

Yevlaxda bıçaqlanmaya görə axtarışa verilmiş daha bir nəfər tutulub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Yevlax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 5-də Azər Əhmədova bıçaqla xəsarət yetirmiş qrupun digər üzvü - şəhər sakini, əvvəllər məhkum olunmuş İsmayıl Ramazanov tutulub.

 

Məlum hadisə ilə bağlı daha əvvəl Yevlax şəhər sakini Lyudmila Novruzlu da saxlanılmışdı. Aparılan araşdırmalarla müəyyən edilib ki, hadisə L.Novruzlunun evində baş verib. Belə ki, hadisə baş verən gün L.Novruzlunun evində içki məclisi təşkil edilib. Məclisdə L.Novruzlu ilə yanaşı, Azər Əhmədov, İsmayıl Ramazanov və onun həyat yoldaşı iştirak edib. Onlar yeyib-içdikdən sonra aralarında münaqişə yaranıb. Belə ki, sərxoş halda olan A.Əhmədov İ.Ramazanova həbsxanada onun qardaşı ilə birgə cəza çəkdiyini deyib və barəsində xoşagəlməz sözlər işlədib. Bundan sonra məclisdə dava düşüb və əvvəlcə Lyudmila Novruzlu bıçaqla A.Əhmədova zərbə endirməyə çalışıb. Fiziki cəhətdən daha güclü olan A.Əhmədov sərxoş vəziyyətdə olan qadının onu bıçaqlamasına mane olub. Daha sonra isə İ.Ramazanov A.Əhmədovu kənara çəkərək bıçaqlayıb.

 

Faktla bağlı Yevlax rayon Polis Şöbəsində başlanmış cinayət işinin istintaqı davam etdirilir.

 

***

 

6 fevral 16:50

 

Yevlax şəhərində kişini bıçaqlayan qadın tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, yanvarın 29-da Yevlax şəhərində yaşayan Azər Əhmədov kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilib. Yevlax RPŞ əməkdaşları tərəfindən aparılmış araşdırmalarla A.Əhmədovla həmyerlisi Lyudmila Novruzlu arasında münaqişə baş verməsi və sonuncunun ona bıçaqla xəsarət yetirməsi müəyyən edilib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə L.Novruzlu tutulub.

# 208
avatar

Nizam Rza

Oxşar yazılar