Ucarda ev yanıb: <span style="color:red;">xəsarət alan var
06 fevral 2016 17:41 (UTC +04:00)

Ucarda ev yanıb: xəsarət alan var

Bu gün Ucar şəhərində yanğın olub. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, ümumi sahəsi 67 kv.m olan 3 otaqlı mənzilin mətbəxinin, dəhlizinin yanar konstruksiyaları və ev əşyaları 32 kv.m sahədə yanıb. Yanğın zamanı mənzilin sahibi əl-üz nahiyyəsindən yüngül yanıq xəsarətləri alaraq yanğınsöndürənlər tərəfindən aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 14:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

# 78
avatar

Oxşar yazılar