Tayvanda zəlzələ qurbanlarının sayı artır - <span style="color:red;">YENİLƏNİB
07 fevral 2016 16:09 (UTC +04:00)

Tayvanda zəlzələ qurbanlarının sayı artır - YENİLƏNİB

Tayvanın cənubunda baş verən güclüzəlzələdə ölənlərin sayı 26-ya yüksəlib.

 

APA-nın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, 100-dən çox insan itkin düşmüş sayılır.

 

Taynan şəhərində 170-dən çox insan isə “Qızıl əjdaha” yaşayış kompleksindəki 17 mərtəbəli binanın dağıntıları altından çıxarılaraq xəstəxanalara yerləşdirilib.

 

xxxxx

 

20:57

 

Tayvanda bu gün baş vermiş güclü zəlzələ qurbanlarının sayı 14 nəfərə çatıb,  156 nəfər itkin düşmüş hesab edilir.  APA-nın “RİA Novosti” – yə istinadən verdiyi xəbərə görə, Tayvanın Mərkəzi İnformasiya Agentliyinin məlumatına əsasən, təbii fəlakət nəticəsində daha 484 nəfər xəsarət alıb.  

 

Qeyd edək ki, bu gün səhər saatlarında Tayvan adasının cənubunda 6,7 bal gücündə zəlzələ baş verib. 

# 142
avatar

Oxşar yazılar