Gürcüstanda "donuz qripi" qurbanlarının sayı artır
07 fevral 2016 02:23 (UTC +04:00)

Gürcüstanda "donuz qripi" qurbanlarının sayı artır

Gürcüstanın Zuqdidi şəhərindəki xəstəxanada 35 yaşlı kişi H1N1 ("donuz qripi") virusundan ölüb. APA-nın Gürcüstan bürosunun gürcü mətbuatına istinadən məlumatına görə, bu barədə Zuqdidi rayon icra hakimiyyətinin İctimai Səhiyyə Mərkəzinin rəhbəri Nana Odişaria bildirib. Onun sözlərinə görə, xəstə yanvarın 27-də xəstəxanaya müraciət edib və onda H1N1 virusu aşkarlanıb. Məlumata görə, virusdan dünyasını dəyişən xəstə Qali rayonundan olub.

 

Qeyd edək ki, bu günədək Gürcüstanda "donuz qripi" virusundan 10 nəfər ölüb. Laboratoriya müayinə 267 nəfərdə qrip olduğunu təsdiqləyib.

# 196
avatar

Oxşar yazılar