Şəhid əsgərimiz Tovuzda dəfn edilib - <span style="color:red;">YENİLƏNİB
10 fevral 2016 19:40 (UTC +04:00)

Şəhid əsgərimiz Tovuzda dəfn edilib - YENİLƏNİB

 

Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu bu gün Tovuzda dəfn olunub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, fevralın 10-da düşmən təxribatı nəticəsində şəhid olan 1990-cı il təvəllüdlü Quliyev Rahib Nəriman oğlu doğulduğu Tovuz rayonu Bozalqanlı kəndində torpağa tapşırılıb.

 

Dəfn mərasimində deputat Qənirə Paşayeva, rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparat işçiləri, müxtəlif idarə və müəssisələrin nümayəndələri, rayon ictimaiyyətinin təmsilçiləri, şəhidin xidmət etdiyi hərbi hissənin komandiri və əsgər yoldaşları iştirak ediblər. Çıxış edənlər R. Quliyev barədə danışaraq onun mərd, cəsur bir əsgər olduğunu, verilən tapşırıqları layiqincə yerinə yetirdiyini bildiriblər. Qeyd edilib ki, Rahib hər zaman vətən yolunda canından keçməyə hazır olub.

 

Əsgərlərin yaylım atəşindən sonra şəhid torpağa tapşırılıb.

 

**

13:02

Fevralın 10-da düşmən təxribatı nəticəsində hərbi qulluqçumuz Quliyev Rahib Nəriman oğlu şəhid olub. Lent.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

 

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verib və səbr diləyib.

 

# 212
avatar

Oxşar yazılar