Aygündən İlhamənin oğluna cavab gəldi: <span style="color:red;">"Qələti kim edir?"
11 fevral 2016 18:53 (UTC +04:00)

Aygündən İlhamənin oğluna cavab gəldi: "Qələti kim edir?"

Xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun xalq artisti Aygün Kazımova barəsində dediyi sözlər cavabsız qalmayıb. Lent.az-ın məlumatına görə, A.Kazımova İ.Quliyevanın oğluna bu cür cavab verib: “İlhamə Quliyevanın oğulluğu Orxan Nadirovun mətbuata son açıqlaması da əsas mövzudan yayındırmaq həmin şounun bir hissəsidir. Ana və oğulluğun müxtəlif vaxtlarda verdikləri müsahibələrdə mənim haqq səsimi ucaltmağımı Natavan Həbibinin adını hallandırıb, onu səbəb kimi gündəmə gətirirmələri yanlış və məntiqsizdi.  İlhamə Quliyevanın oğlunun həbs olunması ilə bağlı fikirlər səsləndirmişəm. Bəli, mən faktlarla danışıram. Həmin şəxsin həbs olunması uzun müddət mətbuatın gündəmində oldu. Mətbuatdan xatırlatmalara ehtiyac varsa, bir daha nəzərinizə çatdırıram. Onun barəsində olan faktları mən özümdən demirəm. Mən hər zaman kimi 4-cü hakimiyyətimizdə, mətbuatımızda gedən xəbərləri izləyirəm və ona istinadən söyləyirəm”.

 

A.Kazımova O.Nadirovun söylədyi “Öz nəslinə baxsın, sonra danışsın” sözlərinə də reaksiya verib: “Mənim nəslimə baxmağımı təklif edən İlhamə Quliyevanın oğulluğu! Hə, niyə oğulluğu deyirəm, bu mövzuda da danışmaq istəyirəm. Çünki zaman-zaman elə mətbuatda Orxan Əhmədağa oğlu Nadirov İlhamə Quliyevanın doğma övladı deyil, müğənninin xalası qızı Lalə xanımın oğludur. “İlhamə Quliyeva  Orxanı oğulluğa götürüb” kimi yazılar yazılıb. İndi isə bu şəxs məni nəslimə baxmağa  çağırır? Mən Aygün Kazımova Ələsgər qızı. Atam Kazımov Ələsgər Kazım oğlu, atamın atası Kazımov Kazım, anam Kazımova Fizzə Ələkbər qızı, anamın atası Ələkbərov Ələkbər. Atam Naxçıvan Muxtar Respublikası Sədərək rayonunda dünyaya gəlib. Anam isə İrəvan mahalının  Zəngibasar rayonunun Seyidlər kəndində. Özüm isə Bakı şəhərində dünyaya gəlmişəm. Baxın, bu mənim  nəslim. O isə onun nəsli”.

 

 

Xalq artisti O.Nadirovun söylədiyi “Aygünlə mübarizəyə başlasam, bir çox məslələri ortaya qoyacam” sözlərinə də münasibət bildirib: “Açıb ortalığa qoymalı məsələlərə, varsa,  desin. Mənim şəxsən özümə də çox maraqlıdır. Mənim bu xalqdan gizlədəcəyim olmayıb. Həyatımda baş verən  hər bir hadisəni, dərdimi, sirrimi, sevincimi, nifrətimi, sevgimi, xəyanətimi hər zaman tamaşaçımla bölüşmüşəm. Mənim sirdaşım tamaşaçım olub. Hələlik sonuncu sözüm isə qələtlə bağlıdır. Hərfi tərcümədə “qələt” “səhv etmək” mənasındadır. Hər bir insanın bu həyatda səhvi olub. Amma elə səhvlər var ki, o, bağışlanmır. Etdiyi səhvi isə başqasının boynuna atmaq heç bağışlanmır. İndi isə siz mənə deyin, qələti kim edir?"

# 272
avatar

Yalçın UĞUR

Oxşar yazılar