Rusiyanın Amur vilayətinin Raxçikins rayonunda azərbaycanlı narkotik alverçisi həbs edilib.
Lent.az-ın teleport.ru saytına istinadən məlumatına görə, 46 yaşlı Azərbaycan vətəndaşı 12 min dollarlıq heroini “Toyota"-"Land Cruiser” markalı avtomobilə dəyişərkən yaxalanıb. Axtarış zamanı onun evindən daha 200 qram heroin aşkar edilib. Həmyerlimiz ilkin ifadəsində heroini Azərbaycandan gətirdiyini etiraf edib.