Azərbaycanlı bəstəkarın "Həsrətindəyəm" klipi
12 fevral 2016 12:56 (UTC +04:00)

Azərbaycanlı bəstəkarın "Həsrətindəyəm" klipi

Bəstəkar Sevinc Tofiqqızı “Həsrətindəyəm” kompozisiyasına klip çəkdirib. Lent.az-a açıqlama verən bəstəkar kompozisiyanın yaranmasından bəhs edib: “Həsrətindəyəm” sənətimdə ən birinci sıradadır. Bəstəkarlıq sənətinə gəldikdə işim bu kompozisiyadan başlayıb. Mən vətənimi çox sevirəm. Qürbətdə olanda Bakı üçün darıxıram. Bunu da həmin ərəfədə yazmışam. Azərbaycan günü-gündən gözəlləşir. Buna görə də ölkə başçımız İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlığımı bildirirəm. Kompozisiyam vətənini sevənlərə həsr olunub. Ekran işi də vətənpərvərlik mövzusundadır. Klip martda təqdim olunacaq. Təkcə Azərbaycanda yox, xarici ölkələrdə də nümayişi nəzərdə tutulub”.

 


Qeyd edək ki, ekran işinin rejissoru Rauf Sahiboğlu, operatoru isə Mürşüd Vəliyevdir.

# 166
avatar

Oxşar yazılar