Lent.az-ın əməkdaşı qalib oldu
12 fevral 2016 16:27 (UTC +04:00)

Lent.az-ın əməkdaşı qalib oldu

Fevralın 12-də 3 saylı “ASAN xidmət” mərkəzində Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin yaranmasının 4 illiyinə həsr olunmuş tədbir keçirilib. Lent.az-ın məlumatına görə, tədbirdə Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədrinin müavini Ülvi Mehdiyev, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev və KİV nümayəndələri iştirak edib.

 

Tədbirdə həmçinin Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin vətənpərvərlik təbliğatının yüksəldilməsi məqsədi ilə kütləvi informasiya vasitələri nümayəndələri arasında keçirdiyi “Əsgərə məktublar” adlı yazı müsabiqəsinin qalibləri də təltif edilib, müsabiqəyə göndərilən yazılardan ibarət kitabça ictimaiyyətə təqdim olunub.

 

Müsabiqəyə 2015-ci ilin dekabr ayının 7-dən start verilib və 2016-cı ilin yanvar ayının 18-dək qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında dərc olunan yazılar buraxılıb. 50-yə yaxın jurnalistin qatıldığı müsabiqənin qalibi Lent.az xəbər agentliyinin müxbiri Ləman Mustafaqızı olub. İkinci yerə “Kaspi” qəzetindən Təranə Məhərrəmova, üçüncü yerə isə “Milli.az” saytından İlkin İzzət layiq görülüb. Habelə 10 jurnalistə həvəsləndirici mükafat verilib.

# 146
avatar

Oxşar yazılar