<span style="color:red;">Prezident İlham Əliyev:  "Hər ölkənin özünəməxsus siyasi vəziyyəti və çətinlikləri var"
12 fevral 2016 18:04 (UTC +04:00)

Prezident İlham Əliyev: "Hər ölkənin özünəməxsus siyasi vəziyyəti və çətinlikləri var"

“Bizim neft amilindən asılılığımız ötən 5-10 il ərzində əhəmiyyətli dərəcədə azalıb".

 

Lent.az xəbər verir ki, bunu prezident İlham Əliyev Il Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “Neftin qiymətinin aşağı düşməsi geosiyasi məsələləri üzrə enerji təhlükəsizliyi” mövzusunda “dəyirmi masa”da  çıxışı deyib. Ölkə başçısı əlavə edib ki, neft ümumi daxili məhsulumuzun yalnız 30 faizini təşkil edir: “Biz eyni mənzərəni ixrac əməliyyatlarımızda görmək istəyirik. Hələ ki, buna nail ola bilməmişik. İxracımızın 90 faizini neft və qaz təşkil edir. Buna görə növbəti illər üçün vəzifə ixrac potensialımızı şaxələndirməkdir və bu məqamda biz əlbəttə ki, iqtisadi islahatların davam etdirilməsi, özəl sektor üçün daha da yaxşı şəraitin yaradılması, daha çox investisiyaların cəlb edilməsi və irimiqyaslı özəlləşdirmə proqramına başlanılması zərurətinə gəlirik. Bütün bu elementlər dövlət siyasətimiz kimi artıq bəyan olunub və mən əminəm ki, biz uğur qazanacağıq. Sizin danışdığınız siyasi risklərə gəlincə isə bu, ölkələrdən asılı olan məsələdir. Hər bir ölkənin özünəməxsus siyasi vəziyyəti və çətinlikləri var. Əlbəttə ki, iqtisadi vəziyyət və insanların gündəlik həyatı siyasi sabitlik və inkişafa təsir edir. Lakin hesab edirəm ki, neftin qiymətinin mütəmadi olaraq dəyişkən xarakter daşımasının dərk edilməsi ən vacib məqamdır. Biz neftin qiymətinin yüksək olduğu dövrdə yaşamışıq, indi isə neftin qiymətinin aşağı olduğu bir dövrdə yaşayırıq".

 

Dövlət başçısı bildirib ki, Azərbaycan  üçün ən əhəmiyyətlisi neftin qiyməti yenidən yuxarı qalxdıqda bu islahatları davam etdirmək və bacardığımız qədər neft və qazdan asılılığı azaltmaqdır.

 

# 118
avatar

Oxşar yazılar