Gürcüstandan diri heyvan idxalına məhdudiyyət qoyuldu
12 fevral 2016 18:08 (UTC +04:00)

Gürcüstandan diri heyvan idxalına məhdudiyyət qoyuldu

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (BEB) 8 fevral tarixli məlumatına əsasən Gürcüstanın Tbilisi şəhəri yaxınlığında yerləşən Varketili ərazisində xırdabuynuzlu heyvanlar arasında taun xəstəliyi qeydə alınıb.

 

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Azərbaycan ərazisinin başqa dövlətlərdən keçə biləcək yoluxucu və ekzotik xəstəliklərdən qorunması məqsədi ilə taun xəstəliyinin qeydə alındığı Gürcüstanın Varketili ərazisindən və risk zonasına daxil olan ərazilərdən diri iribuynuzlu və xırdabuynuzlu heyvanların idxalına müvəqqəti məhdudiyyət qoyulmasına zərurət yaranıb.

 

Bununla əlaqədar, "Baytarlıq haqqında" qanunun 8.1.7-ci maddəsinə əsasən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin 2016-cı il 11 fevral tarixli 04 nömrəli əmrinə uyğun olaraq Gürcüstanın Varketili ərazisindən və risk zonasına daxil olan ərazilərdən diri iribuynuzlu və xırdabuynuzlu heyvanların idxalına müvəqqəti məhdudiyyət qoyulub.

 

Taun xəstəliyinin ölkəmizin ərazisinə keçməsinin qarşısını almaq məqsədi ilə zəruri tədbirlərin görülməsi üçün "Baytarlıq haqqında" qanunun 8.1.7-ci və 14-cü maddələrinin müddəalarını nəzərə alaraq müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub. 

# 231
avatar

Oxşar yazılar