Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifədən azad edilib
12 fevral 2016 19:02 (UTC +04:00)

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifədən azad edilib

Ermənistan prezidenti Serj Sarkisyanın fərmanı ilə Qorik Akopyan Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsindən azad edilib, onun yerinə isə baş prokurorun müavini Georgi Kutoyan təyin edilib.

 

APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan prezidentinin mətbuat xidmətinin məlumatında deyilir.

 

Ermənistan prezidentinin digər sərəncamı ilə Qorik Akopyan prezidentin müşaviri vəzifəsinə təyin olunub.

# 150
avatar

Oxşar yazılar