İlham Əliyev ABŞ müdafiə katibinin kəşfiyyat üzrə müavini ilə görüşdü
12 fevral 2016 19:38 (UTC +04:00)

İlham Əliyev ABŞ müdafiə katibinin kəşfiyyat üzrə müavini ilə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Münxendə ABŞ müdafiə katibinin kəşfiyyat üzrə müavini Marsel Lettre ilə görüşüb.

 

Lent.az-ın AzərTAc-a istinadən xəbərinə görə, görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi bildirilib. Münasibətlərimizin bir sıra sahələrdə tərəfdaşlıq səviyyəsində olduğu vurğulandı. Terrorizmlə mübarizə sahəsində əməkdaşlıq baxımından yaxşı perspektivlərin olduğu qeyd edildi.

 

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

# 207
avatar

Oxşar yazılar