Ombudsman Xocalı soyqırımının 24-cü ildönümü ilə bağlı bəyanat verdi
12 fevral 2016 19:46 (UTC +04:00)

Ombudsman Xocalı soyqırımının 24-cü ildönümü ilə bağlı bəyanat verdi

 

Ombudsman Elmira Süleymanova Xocalı soyqırımının 24-cü ildönümü ilə bağlı bəyanat yayıb.

 

Lent.az-ın Ombudsmanın saytına istinadən məlumatına görə, bəyanatda deyilir:

 

“Azərbaycana qarşı təcavüzkar siyasətin tərkib hissəsi olan, insan hüquq və azadlıqlarının kütləvi şəkildə kobudcasına pozulması ilə nəticələnən Xocalı soyqırımı erməni hərbi qüvvələrinin və onların havadarlarının xalqımıza qarşı uzun illər davam edən etnik təmizləmə və soyqırımı siyasətinin daha bir dəhşətli nümunəsidir. Artıq 24 il keçməsinə baxmayaraq, bu soyqırımına hələ də beynəlxalq miqyasda hüquqi qiymət verilməyib".

 

Bəyanatda qeyd edilir ki, günahsız, dinc insanları məhv edən cinayətkarlar tezliklə ədalət məhkəməsi qarşısında cavab verməli və cəzalandırılmalıdırlar.

 

Bəyanat ingilis dilinə tərcümə olunaraq BMT-nin baş katibinə, Təhlükəsizlik Şurasına, insan hüquqları üzrə ali komissarına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar institutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycanın xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, habelə Azərbaycanın 180-dən çox diaspor təşkilatına göndərilib.

 

Eyni zamanda, həmin bəyanat BMT-nin İnsan Hüquqları Şurasının 31-ci sessiyasına da təqdim olunacaq.

# 80
avatar

Oxşar yazılar