Bakıda küçələrdə işıqların söndürülməsinə <span style="color:red;">RƏSMİ MÜNASİBƏT
12 fevral 2016 19:53 (UTC +04:00)

Bakıda küçələrdə işıqların söndürülməsinə RƏSMİ MÜNASİBƏT

 
“Azərişıq” ASC bəzi internet saytlarında Bakının küçə və parklarında işıqlandırılmanın qənaət rejimində olması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

 

“Azərişıq” ASC-nin mətbuat xidmətindən APA-ya verilən məlumatda deyilir:

 

“Son günlər bəzi internet saytlarında Bakı şəhərinin küçə, park, fasad və s. yerlərin işıqlandırılmasının qənaət rejimində olması ilə bağlı məlumatlar yer alıb, səbəbini isə “Azərişıq” ASC-dən soruşurlar. “Azərişıq” ASC bildirir ki, Bakı şəhəri və bütün regionlarda kifayət qədər elektrik enerjisi var və heç bir qənaətə ehtiyac yoxdur. Bakı şəhəri və digər ölkə şəhərlərinin küçə, park və s. işıqlandırılması müvafiq Şəhər İcra Hakimiyyətlərinin balansındadır. Xahiş edirik ki, suallarınızı Bakı Şəhər İcra Hakimiyyətlərinə ünvanlayasınız”.

 

# 160
avatar

Oxşar yazılar