Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 12 Fevral
12 fevral 2016 20:16 (UTC +04:00)

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 12 Fevral

GÜNÜN ŞƏRHİ
 
Neft bazarı hələ də şayiələrlə idarə olunur. Kifayət qədər həssas olan bazar hər açıqlamaya pozitiv və ya neqativ reaksiya verə bilir. Bu səbəbdən bazarın əsas oyunçularından - ixracatçı və idxalçı ölkələrdən gələn açıqlamalar bazarı bu və ya digər formada silkələyir. Həftə içi neftin ucuzlaşması tendensiyasının dünəndən dəyişməsi və qiymətlərin yüksəlişə keçməsi də bununla bağlıdır. Birləşmiş Ərəb Əmirliklərinin energetika nazirinin verdiyi açıqlamalardan sonra neft yenidən bahalaşmağa başlayıb. Nazir OPEK ölkələrinin kartelə üzv olmayan neft ölkələri ilə hasilatı azaltmaq barədə danışıqlara hazır olduğunu bəyan edib və bazar bu bəyanatı pozitiv dəyərləndirib. Analoji bəyanatlar əvvəllər də verilib və həmişə də qiymətlərin 1-2 dollar qalxmasına səbəb olub. Hələlik hasilata dair danışıqlar neftin qiymətlərini manipulyasiya etməyə imkan verir, amma bu həmişə belə olmayacaq. Bu manipulyasiyaların yaşam müddəti martda OPEK-in növbədənkənar toplantısı keçirilənə kimi kimidir. Hələ toplantının keçirilməsi özü belə sual altındadır. OPEK növbədənkənar toplantıya hasilatı azaltmaq qərarı qəbul etmək üçün gedir, bunun üçün qeyri-OPEK üzvlərinin də analoji qərar qəbul etməsi lazımdır. Hələlik hər iki cəbhədə sakitlikdir, bu səbəbdən neftin qiyməti də 30 dollar ətrafında sabitləşib. Növbədənkənar toplantı baş tutmasa, yaxud baş tutmayacağı açıqlansa, neft sürətlə ucuzlaşmağa başlayacaq. Goldman Sacks agentliyinin neftin 20 dollaradək ucuzlaşacağı barədə proqnozu da mart danışıqlarının baş tutmaması ehtimalına hesablanıb. Kimin haqlı olduğu ən uzağı 40 günə bilinəcək. 

# 163
avatar

Oxşar yazılar