UEFA Azərbaycana 1 milyon avro ayıracaq
12 fevral 2016 21:18 (UTC +04:00)

UEFA Azərbaycana 1 milyon avro ayıracaq

17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında ölkəmizdə təşkil ediləcək Avropa çempionatı oyunlarının hansı stadionlarda baş tutacağına aydınlıq gəlib.

 

Lent.az-ın “oxu.az”-a istinadən məlumatına görə, bu il mayın 5-dən 21-dək keçiriləcək qitə birinciliyi üçün 4 arena nəzərdə tutulub.

 

Turnir ərzində oynanılacaq 31 qarşılaşma Bakıda yerləşən Bakı Olimpiya Stadionu, “Bakcell Arena”, “Dalğa Arena” və Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçiriləcək. Çempionatın rəsmi püşkatma mərasiminin isə aprelin 8-də keçirilməsi nəzərdə tutulub.

 

Çempionatın maliyyə tərəfinə gəldikdə, komandaların, hakimlərin, UEFA nümayəndələrinin və digər rəsmi şəxslərin Bakı şəhərində müvafiq oteldə yerləşdirilməsi və yemək xərcləri qitə futbol qurumu tərəfindən ödəniləcək. Ümumi təşkilati işlərin görülməsi üçün isə AFFA-nın Yerli Təşkilat Komitəsinə UEFA tərəfindən 1 milyon avroya qədər pul vəsaiti ayrılacaq. Yerli Təşkilat Komitəsinin gördüyü işlər barədə mütəmadi rəsmi məlumat veriləcək.

 

Qeyd edək ki, 1980-ci ildən təşkil olunan yeniyetmələr arasında Avropa çempionatının ötənilki qalibi Fransa yığması olub.

# 232
avatar

Oxşar yazılar