Məşhur qəzet çap versiyasını dayandırdı
12 fevral 2016 21:58 (UTC +04:00)

Məşhur qəzet çap versiyasını dayandırdı

Böyük Britaniyanın məşhur "The Independent" qəzeti martın 26-dan çap versiyasının buraxılışını tamamilə dayandıraraq rəqəmsal versiyaya keçəcək.

 

Lent.az-ın virtualaz.org-a istinadən xəbərinə görə,  qəzetin təsisçisi olan "ESI Media" şirkəti verilən qərarı qəzetin tirajının azalması ilə əlaqələndirir.

 

"The Independent"in sahibi Yevgeni Lebedev isə bildirib ki, ənənəvi mətbuat yerini rəqəmsal mətbuata verir və bu tendensiya bütün dünyada müşahidə olunur.

 

Xatırladaq ki, Britaniyada dərc olunan "The Independent" qəzeti 1986-cı ildə yaranmışdı.

# 210
avatar

Oxşar yazılar