Naftalanda “VAZ” motosikletlə toqquşdu: 2 yaralı
12 fevral 2016 22:06 (UTC +04:00)

Naftalanda “VAZ” motosikletlə toqquşdu: 2 yaralı

Naftalanda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Naftalan şəhərinin Şirvan prospektində qeydə alınıb.

 

“VAZ 21011” markalı avtomobillə motoskletin toqquşması nəticəsində iki nəfər, Naftalan şəhər sakini, 1962-ci il təvəllüdlü Qurban Abbasov və Goranboy rayon Tapqaraqoyunlu kənd sakini, 1994-cü il təvəllüdlü Məhəmməd Qarayev müxtəlif bədən xəsarətləri alaraq Goranboy rayon Mərkəzi xəstəxanaya yerləşdirilib.

 

Onlara tibbi yardım göstərilib, vəziyyətlərinin normal olduğu bildirilir.

 

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır. 

# 98
avatar

Oxşar yazılar