Futbol tarixinin ən yaxşı qapıçısı seçildi
13 fevral 2016 00:40 (UTC +04:00)

Futbol tarixinin ən yaxşı qapıçısı seçildi

İtaliya millisinin və “Yuventus”un qapıçısı Canluici Buffon futbol tarixinin ən yaxşı qapıçısı seçilib. Apasport.az saytının məlumatına görə, Fransanın dünyaca məşhur “France Football” jurnalı tarixin ən yaxşı qapıçısını seçmək üçün oxucuları arasında müsabiqə elan edib.

 

Sorğuya qatılan izləyicilərin 44%-i hazırda fəal futbolçu karyerasını davam etdirən Buffona üstünlük veriblər. Fransız futbolsevərlərin fikrincə tarixin ən yaxşı ikinci qapıçısı isə Fabien Bartezdi. “Mançester Yunayted”in və Fransa milli komandasının keçmiş “çərçivə qoruyucusu” 17% səs toplayıb.

 

Qızıl topun sahibi olan yeganə qapıçı Lev Yaşin isə bu sorğuda Oliver Kanla birlikdə 3-cü 4-cü yerləri bölüşdürüb. Onlara 7% azarkeş səs verib.

 

“Porto”nun və İspaniya millisinin qapıçısı İker Kasilyas və Manuel Noyer (Almaniya və “Bavariya”) isə 6%-in etimadını qazanıb.

 

Hollandiyalı Edvin van Der Sar 3%, Dino Zoff (İtaliya) və Peter Şmeyhel (Danimarka) isə 2%-də qalıblar.

 

Sorğuda iştirak edən ümumi azarkeşlərin 1%-i isə öz seçimlərini Peter Çex, Zepp Mayer, Qordon Benks və Rikardo Samoranın xeyrinə ediblər.

# 305
avatar

Oxşar yazılar