ABŞ-da məktəbdə atışma: 2 ölü
13 fevral 2016 00:58 (UTC +04:00)

ABŞ-da məktəbdə atışma: 2 ölü

ABŞ-ın Qlendeyl şəhərində (Arizona ştatı) məktəbdə baş verən atışma nəticəsində 2 şagird ölüb.

 

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, ölənlər 10-cu sinifdə oxuyan 15 yaşlı qızlardır.

 

Polis meyitlərin yanında tapançanın tapıldığını bildirib.  Hadisə ilə əlaqədar saxlanılan hələ ki, yoxdur. Hadisənin təfərrüatları barədə məlumat verilmir. 

# 190
avatar

Oxşar yazılar