Çavuşoğu: “Zərbələrə hətta məktəb və xəstəxanalar tuş gəlir”
13 fevral 2016 01:28 (UTC +04:00)

Çavuşoğu: “Zərbələrə hətta məktəb və xəstəxanalar tuş gəlir”

Türkiyə qaçqınlara qarşı açıq qapı siyasəti aparmaqda davam edəcək.

 

APA-nın Anadolu agentliyinə istinadən məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğu Münhendə Təhlükəsizlik sammitində çıxış edərkən bəyan edib.

 

“2005-ci ildən 2014-cü ilədək Türkiyədə qaçqınların sayı altı dəfə artıb. Biz artıq bu problemin öhdəsindən təkbaşına gələ bilmirik. Qaçqınların məskunlaşdırılma proqramına və miqrasiya üzərində nəzarətə böyük ehtiyac duyulur. Biz Suriyadan 2 milyon 500 min, İraqdan isə 200 min qaçqın qəbul etmişik. Son günlər Suriyadan daha 10 min nəfər Türkiyə sərhədlərinə axışıb. Türkiyə hökuməti qaçqınların qəbuluna indiyədək 10 milyard dollar sərf edib və açıq qapı siyasətini davam etdirir”, deyə M.Çavuşoğlu bildirib.

 

Nazir qeyri-qanuni miqrasiyanın qarşısını almaq üçün beynəlxalq yardım və qaçqınların daşınması ilə məşğul olan cinayətkar şəbəkələrlə mübarizənin aparılmasının vacibliyini vurğulayıb.

 

Mövlud Çavuşoğu həmçinin Rusiyanı Suriyada vətəndaş obyektlərinə hava zərbələri endirməkdə günahlandırıb: “Zərbələrə hətta məktəb və xəstəxanalar tuş gəlir. Bu gün daha 16 nəfər hava zərbələrinin qurbanı olub”.

# 130
avatar

Oxşar yazılar