ABŞ-da təyyarə qəzaya uğradı, ölənlər var
13 fevral 2016 02:38 (UTC +04:00)

ABŞ-da təyyarə qəzaya uğradı, ölənlər var

ABŞ-ın Florida ştatı sahillərində yüngül motorlu “Piper” təyyarəsi qəzaya uğrayıb.

 

APA-nın “Rosbalt” agentliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində təyyarənin göyərtəsində olan 67 yaşlı kişi və 60 yaşlı qadın ölüb. Hələlik onların kimliyi barədə məlumat verilmir.

 

Fevralın 12-ə keçən gecə Meksika körfəzində qəzaya uğrayan təyyarəni xilasedicilər bu gün aşkar ediblər.

 

Faktla bağlı ABŞ Federal Mülki Aviasiya İdarəsi (FAA) və Milli Nəqliyyat Təhlükəsizliyi Şurası  (NTSB) araşdırma aparır.   

# 328
avatar

Oxşar yazılar