Qubada ev yandı
13 fevral 2016 04:11 (UTC +04:00)

Qubada ev yandı

Qubada yanğın hadisəsi qeydə alınıb.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Quba rayonunda vətəndaşa məxsus ümumi sahəsi 24 kv.m olan 1 otaqli evin yanar konstruksiyaları yanıb.

 

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 00:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

# 296
avatar

Oxşar yazılar