Mərkəzi Asiyanın ən hündür binası yandı
13 fevral 2016 05:23 (UTC +04:00)

Mərkəzi Asiyanın ən hündür binası yandı

Qazaxıstanın paytaxtı Astanada tikilməkdə olan “Abu-Dabi Plaza” çoxmərtəbəli binasında yanğın baş verib.

 

APA-nın “Tengrinews.kz” saytına istinadən verdiyi məlumata görə, yanğın binanın 25-ci mərtəbəsində başlayıb.

 

İlkin versiyaya əsasən, yanğına qaz balonunun partlaması səbəb olub. Zərərçəkənlər barədə hələ ki, məlumat verilmir. Hadisə yerinə   ümumilikdə 17 yanğınsöndürən maşın və 60 nəfər canlı qüvvə cəlb olunub.

 

88 mərtəbəli premium dərəcəli çoxfunksionallı yaşayış kompleksinin inşasına 2010-cu ildə başlanılıb. Binanın 2016-cı ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır.

 

Qeyd edək ki, “Abu-Dabi Plaza” kompleksi Qazaxıstan və Mərkəzi Asiyanın ən hündür ikilisi olacaq. 

# 236
avatar

Oxşar yazılar