Neft bir gündə 2 dollara yaxın bahalaşdı
13 fevral 2016 10:30 (UTC +04:00)

Neft bir gündə 2 dollara yaxın bahalaşdı

Suriya böhranının aradan qaldırılmasına dair danışıqlar və OPEK üzvlərinin hasilatı azaltmağa razılıq verməsi xəbərləri fonunda neftin qiyməti bahalaşmağa başlayıb. APA TV-nin məlumatına görə, birjalarda həftənin son seanslarında "Brent" markalı neftin qiyməti 32,79 dollar olub ki, bu da dünənki qiymətdən 1,63 dollar bahadır. Qərbi Texas nefti də həftəni yüksək qiymətlərlə başa vurub. Son seanslarda WTI markalı neftin bir bareli 29,07 dollardan satılıb. Bu, dünənki qiymətlərdən təxminən 2 dollar bahadır.
 
Ekspertlər hesab edir ki, bazarlarda pozitiv əhval-ruhiyyə qalsa, gələn həftədən neftin qiyməti yenidən bahalaşacaq. Neftin qiymətlərinə bazar ertəsi günü açıqlanacaq Yaponiyada ümumi daxili məhsulun həcminə və Çində ticarət balansına dair hesabatlar təsir göstərə bilər. 
# 110
avatar

Oxşar yazılar