Burak Yılmaz "Qalatasaray"dan ağlayaraq ayrılıb
13 fevral 2016 11:34 (UTC +04:00)

Burak Yılmaz "Qalatasaray"dan ağlayaraq ayrılıb

“Qalatasaray”dan Çinin “Berjing Gouan” klubuna transfer olan Burak Yılmaz keçmiş komanda yoldaşları ilə vidalaşıb.

Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, dünən klubun bazasına gedən Burak Yılmaz keçmiş komanda yoldaşları və baş məşqçi Mustafa Dənizli ilə vidalaşıb. Mustafa Dənizli ilə sağollaşan zaman baş məşqçi göz yaşlarını saxlaya bilməyib. Burak Yılmaz ondan halallıq istəyib.

Futbolçu daha sonra Fatih Terimlə də görüşüb, vidalaşıb.

 

Qeyd edək ki, Burak Yılmaz 3 il yarım “Qalatasaray”ın formasını geyinib. O, bir müddət əvvəl 8 milyon avro qarşılığında Çinin “Beijing Gouan” klubuna transfer olunub.

Onu da qeyd etmək lazımdır ki, Burak Yılmaz Türkiyənin “4 böyüklər”in formasını geyinən futbolçulardandır.

# 271
avatar

Oxşar yazılar