Əli Abbasov bağ evindən 1 milyon dollar oğurlanması xəbərindən danışdı - YENİLƏNİB
13 fevral 2016 13:05 (UTC +04:00)

Əli Abbasov bağ evindən 1 milyon dollar oğurlanması xəbərindən danışdı - YENİLƏNİB

 

 

Sabiq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bağ evindən 1 milyon dollar oğurlanması barədə xəbərlərə münasibət bildirib.

 

Lent.az-ın anspress-ə istinadən xəbərinə görə, Ə.Abbasov deyib ki, yazılanlar həqiqətə uyğun deyil: "Mən də xəbərləri oxumuşam.Yazıblar ki, guya oğurluq edən şəxslər artıq həbs olunublar. Axı həbs birdən olmur. Bunun üçün məhkəmə olmalıdır. Bu hadisə nə vaxt baş verdi ki, məhkəmə də oldu. Həbs olunanlar kimdir? Adları belə yoxdur. Həm də yazırlar ki, bu işə MTN baxır. MTN-lə oğurluğun nə əlaqəsi? Guya bağımdakı iti də zərərsizləşdiriblər. Yazılanlar həqiqətə uyğun deyil".

 

Əli Abbasov onu da bildirib ki, onun həqiqətən də 1998-ci ildən bəri Goradildə bağ evi var. Amma oradan heç nə oğurlanmayıb.

 

 

**

10:55

Azərbaycanın keçmiş rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun Görədil qəsəbəsində yerləşən bağ evindən 1 milyon dollar oğurlanıb.

 

Lent.az-ın xəbərinə görə, bu barədə haqqın.az saytı hüquq-mühafizə orqanlarına istinadən xəbər yayıb. Bildirilir ki, oğurluq hadisəsi nazirin vəzifəsindən azad edilməsindən bir neçə həftə sonra baş verib.

 

Məlumata görə, operativ-istintaq tədbirləri nəticəsində qarətçilər müəyyən edilərək saxlanılıb.

 

Qeyd edək ki, Əli Abbasovun və digər yüksək vəzifəli şəxslərin timsalında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş rəhbərliyi korrupsiyada ittiham olunub. Nazirliyin 20-yə yaxın əməkdaşı həbs edilib, istintaq davam edir.

# 132
avatar

Oxşar yazılar