Bakıda səfirliyin xanım əməkdaşı qəzaya düşüb
13 fevral 2016 11:20 (UTC +04:00)

Bakıda səfirliyin xanım əməkdaşı qəzaya düşüb

Bakıda səfirliyə məxsus avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın “Report”a istinadən xəbərinə görə, Füzuli küçəsi 63-ün qarşısında Qazaxıstan səfirliyinə məxsus Qazaxıstan vətəndaşı Nazgül Aripovanın idarə etdiyi “Mercedes B-Klass” markalı maşınla Bakı şəhər sakini Cavid Səfərlinin idarə etdiyi “Kia-Optima” markalı avtomobil toqquşub.

Qəza zamanı sürücülərdən xəsarət alan olmayıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 22-ci Polis Bölməsində (PB) araşdırma aparılır.

 

 

 

# 133
avatar

Oxşar yazılar