Moskvada azərbaycanlıların restoranında qanlı cinayət: <span style="color:red;">iki nəfər bıçaqlandı
13 fevral 2016 12:21 (UTC +04:00)

Moskvada azərbaycanlıların restoranında qanlı cinayət: iki nəfər bıçaqlandı

Moskvanın cənubunda yerləşən, azərbaycanlılara məxsus “Qız qalası” restoranında dava baş verib, nəticədə 2 nəfər yaralanıb.

 

APA-nın “Rosbalt”a istinadən verdiyi məlumata görə, həmin şəxslər  Təcili Tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıblar. Restoran əməkdaşlarının verdiyi məlumata görə, bir neçə müştəri qəfildən mübahisə etməyə başlayıb və daha sonra mübahisə davaya çevrilib. Münaqişə tərəflərindən biri soyuq silaha əl atıb.

İlkin məlumata əsasən cinayətkarlar boz “Toyota” ilə hadisə yerindən qaçıblar. Onların saxlanılması istiqamətində iş aparılır.

# 152
avatar

Oxşar yazılar