Ordumuzun şəhid olan kiçik çavuşu dəfn edilib - <span style="color:red;">YENİLƏNİB
13 fevral 2016 13:44 (UTC +04:00)

Ordumuzun şəhid olan kiçik çavuşu dəfn edilib - YENİLƏNİB

Azərbaycan Ordusunun fevralın 12-də qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələrinin atəşkəsin pozması nəticəsində şəhid olan hərbi qulluqçusu torpağa tapşırılıb.

 

APA-nın yerli bürosunun xəbərinə görə, kiçik çavuş, 1994-cü il təvəllüdlü Zeynalov Elmir Sərxan oğlu doğulduğu Əhmədabad kənd qəbiristanlığında dəfn edilib. 

 

Dəfn mərasimində Goranboy rayon İcra Hakimiyyətinin rəhbərliyi, ictimaiyyət nümayəndələri, kənd sakinləri, mərhum hərbçinin xidmət etdiyi hərbi hissəsinin rəhbərliyi, döyüşçü yoldaşları iştirak edib.

 

Komandirləri Elmir Zeynalovun nümunəvi hərbçi olduğunu, döyüş tapşırıqlarını hər zaman layiqincə yerinə yetirdiyini bildiriblər.

 

Daha sonra yaylım atəşə açılıb, şəhid torpağa tapşırılıb.

 

Qeyd edək ki, Elmir Zeynalov ailənin tək oğul övladı olub.

 

 

****

Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu şəhid olub.

 

Lent.az-ın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, fevralın 12-də qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə atəşkəs rejiminin pozulması nəticəsində hərbi qulluqçu, kiçik çavuş Zeynalov Elmir Sərxan oğlu şəhid olub.

 

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir.

# 176
avatar

Oxşar yazılar